“Qarabağ” yenə 1-cidir
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası XXI əsrin Avropanın 600 ən güclü klubunun yer aldığı siyahını elan edib. İdman.com.az saytının məlumatına görə, reytinq cədvəlində ölkəmizin 6 altı klubu yer alıb. Komandalarımız arasında ən yaxşı göstərici əvvəlki tək “Qarabağ”a məxsusdur. Son avrokubok yarışlarında qənaətbəxş çıxış etmiş “ağlar”ın hesabında 436 xal var.

Ağdam təmsilçisi 314-cü yerdədir. Klublarımızdan sonrakı mövqelərdə müvafiq olaraq, “Neftçi” (422 xal; 330 yer), “Bakı” (345; 392), “Xəzər Lənkəran” (301; 445), “İnter” (294; 459), “Karvan” (203; 594) qərarlaşıblar.
Reyqinq cədvəlinə 2917 xalla İspaniya “Barselona”sı başçılıq edir. İngiltərə “Mançester Yunayted” komandası 2-ci (2793), London “Arsenal”i 3-cüdür (2618).

Xəbər 1061 dəfə oxundu.