ABŞ-da Mançester derbisini “qırmızı şeytanlar” qazanıblar
Futbol üzrə Beynəlxalq Çempionlar Kuboku turnirində növbəti oyun keçirilib.

ABŞ-ın Hyuston şəhərində Mançester derbisi baş tutub.

Altımış yeddi mindən çox azarkeşin izlədiyi matçda əzəli rəqiblər - “Mançester Yunayted” və “Mançester Siti” qarşılaşıblar.

“NRG Stadum”da keçirilən görüşdə “Mançester Yunayted” üç dəqiqə ərzində vurduğu 2 qol sayəsində qələbə qazanıb. “Qırmızı şeytanların” futbolçusu Lukaku 37-ci dəqiqədə hesabı açıb. Bu qoldan iki dəqiqə sonra Reşford hesab arasındakı fərqi iki topa çatdırıb.

Xəbər 727 dəfə oxundu.