İtaliya millisinin sabiq futbolçusu Antonio Kassano karyerasını başa vurub
Bir müddət öncə “Verona” ilə razılığa gələn İtaliya millisinin sabiq futbolçusu Antonio Kassano qərarını dəyişərək, karyerasını başa vurduğunu açıqlayıb.

Buna səbəb 35 yaşlı hücumçunun ailəsi ilə daha çox vaxt keçirmək istəməsi olub.

Qeyd edək ki, A.Kassano daha öncə “Roma”, “Milan”, “İnter” və “Real” kimi klublarda çıxış edib. O, son olaraq “Sampdoriya”da oynayıb. Milli komanda ilə 39 oyuna çıxan təcrübəli futbolçu 10 qol vurub.

Xəbər 941 dəfə oxundu.