Azərbaycan badmintonçuları Qran-pri seriyasından olan turnirdə iştirak edirlər
Vladivostokda badminton üzrə dünya Qran-prisi seriyasından olan “Russian Open” əsas beynəlxalq turniri start götürüb.

Turnirdə Azərbaycan, Rusiya, Yaponiya, Hindistan, Ukrayna, İngiltərə, Fransa, İsrail və Malayziya idmançıları iştirak edirlər. Onlar təkcə medal deyil, həm də 55 min dollar məbləğində ümumi mükafat fondunun bir hissəsi uğrunda mübarizə aparırlar.

Turnir ənənəvi olaraq beş kateqoriyada - kişi və qadınların ayrı-ayrı, cütlük və miks yarışlarından ibarətdir.

Vladivostokda 2004-cü ildən keçirilən “Russian Open” beynəlxalq turniri tezliklə populyarlıq qazanaraq dünyanın hər yerindən xeyli sayda güclü badmintonçuların qatıldığı yarışa çevrilib. Turnir Olimpiya Oyunlarına seçim mərhələlərindən biridir.

Yarışlar iyulun 23-dək davam edəcək. Bazar günündə keçiriləcək final oyunlarında turnirin qalibləri və mükafatçıları müəyyən ediləcək.

Xəbər 1289 dəfə oxundu.