“İnter” klubu bu gün Avropa Liqasında növbəti oyununu keçirəcək
Bu gün Bakının “İnter” futbol klubu UEFA Avropa Liqası yarışlarında növbəti oyununu keçirəcək.

Bakı təmsilçisi turnirin ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Fola” (Lüksenburq) ilə qarşılaşacaq.

“Emil Mayriş” stadionunda keçiriləcək matçı litvalı hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Donatas Rumsas olacaq.

Qarşılaşmanın UEFA nümayəndəsi portuqaliyalı Alvaro Albino, hakim-inspektoru isə ukraynalı Vasili Melniçuk olacaq.

Komandalar arasında bir həftə əvvəl Bakıda təşkil olunan birinci matçda “İnter” 1:0 hesabı ilə qalib gəlib.

Xəbər 679 dəfə oxundu.