"Qarabağ"ın Çempionlar Liqasında növbəti rəqibi məlum olub
"Qarabağ" futbol klubunun Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

Azərbaycan klubu Moldovanın "Şerif" komandası ilə oynayacaq. "Şerif" II təsnifat mərhələsində Albaniyanın "Kukesi" komandasına qalib gəlib. İki komanda arasındakı cavab görüşündə "Kukesi" 2:1 hesabı ilə qalib gəlib. Lakin ilk görüşdə 1:0 hesabı ilə qalib gələn "Şerif" Albaniyadakı qələbəsi sayəsində irəli çıxıb.

"Qarabağ" ilə "Şerif" arasındakı ilk oyun iyulun 25-26-da Bakıda, cavab görüşü isə 1-2 avqustda Tiraspolda keçiriləcək.

Xəbər 633 dəfə oxundu.