Cüdoçularımız Minskdə keçiriləcək açıq Avropa çempionatına qatılacaqlar
Cüdo üzrə Azərbaycan milli komandası Bakıda təlim-məşq toplanışını başa vurduqdan sonra iyulun 20-də səfərə yollanacaq. Cüdoçularımız iyulun 22-də Minskdə keçiriləcək açıq Avropa çempionatına qatılacaqlar.

50 ölkədən 500-ə yaxın cüdoçunun mübarizə aparacağı mötəbər yarışda ölkəmiz 16 idmançı ilə təmsil olunacaq.

Minskdə Orxan Səfərov, Nicat Şıxəlizadə, Rüstəm Orucov, Hidayət Heydərov, Fəqan Quluzadə, Məmmədli Mehdiyev, Tural Səfquliyev, Firudin Dadaşov, Rüfət İsmayılov, Elmar Qasımov, Elxan Məmmədov, Uşanqi Kokauri, Səkinə Zayırova, Gülsədəf Kərimova, Kristina Jukovets və Nuriyyə Axundova tatami üzərinə çıxacaqlar.

Xəbər 481 dəfə oxundu.