Azərbaycanın qadınlardan ibarət həndbol komandalarının rəqibləri məlum olub
Azərbaycanın qadınlardan ibarət həndbol komandalarının Avropanın nüfuzlu klub turnirlərindəki rəqibləri məlum olub.

Mingəçevirin “Nur” komandası Avropa Həndbol Federasiyası (EHF) kuboku yarışında İsveçin “Luqi HK”, Bakının “Azəryol” klubu isə “Çağırış Kuboku” (“Challenge Cup”) turnirində Lüksemburq təmsilçisi “HB Dudelanj”la qarşılaşacaq.

Ölkə çempionu “Nur” yarışlara birinci təsnifat mərhələsindən qoşulacaq. İlk mərhələnin qarşılaşmaları sentyabrın 9-10-da, cavab oyunları bir həftə sonra keçiriləcək.

Ölkə çempionatının gümüş medalçısı “Azəryol” isə turnirdə mübarizəyə üçüncü təsnifat mərhələsindən başlayacaq. Üçüncü mərhələnin görüşləri noyabrın 11-12-də və 18-19-da oynanılacaq.

Xəbər 605 dəfə oxundu.