Əvəzedicilər yoxlama oyununda uduzdu
Təlim-məşq toplanışını Bakıda davam etdirən “Kəpəz”in əvəzedici heyəti ikinci yoxlama oyununu keçirib. “Sarı-göylər” “Qəbələ”nin əvəzedici heyəti ilə görüşüb. “Dalğa Arena”nın yardımçı meydançasında reallaşan matç rəqibin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

“Kəpəz” paytaxtda daha bir yoxlama görüşü keçirəcək. İyulun 20-də komandamız “Zirə”nin əvəzedici heyəti ilə üz-üzə gələcək.

Xəbər 1020 dəfə oxundu.