Stolüstü tennisçilərimiz Avropa çempionatının mükafatçıları sırasındadırlar
Stolüstü tennis üzrə qızlardan ibarət Azərbaycan milli komandası Portuqaliyanın Qimaraes şəhərində keçirilən gənclərin Avropa çempionatında uğurla çıxış edib.

Komandamız yer aldığı qrupda İspaniya, Belarus və Macarıstan yığmalarına qalib gələrək qrupun birincisi kimi növbəti mərhələyə yüksəlib.

Stolüstü tennisçilərimiz səkkizdəbir finala vəsiqə uğrunda görüşdə Norveç komandasını 3:0 hesabı ilə məğlub ediblər. Bu mərhələdə isə tennisçilərimiz Polşa yığmasını 3:1 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıblar.

Çempionatda komanda yarışları davam edir.

Xəbər 1223 dəfə oxundu.