“Neftçi” yoxlama oyununda qələbə qazanıb
“Neftçi” futbol klubu təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirib.

“Neftçi” komandası “Binə” klubu ilə qarşılaşıb. İsmət Qayıbov adına təlim-məşq bazasının meydançasında keçirilən görüş “Neftçi”nin 1:0 hesablı qələbə ilə nəticələnib. Yeganə qola matçın ikinci hissəsində Rəsul Babazadə imza atıb.

“Neftçi” Bakı toplanışı çərçivəsində növbəti yoxlama oyununu iyulun 19-da “Şüvəlan” klubuna qarşı keçirəcək.

Xəbər 580 dəfə oxundu.