“Sumqayıt” Səudiyyə Ərəbistanı və Türkiyə klubları ilə qarşılaşacaq
“Sumqayıt” futbol klubu 2017/2018-ci il mövsümü üçün hazırlığını davam etdirir. Hazırlıq prosesinin ikinci mərhələsini Türkiyənin Bolu bölgəsində keçirəcək komanda 4 yoxlama oyununda qüvvəsini sınayacaq.

“Sumqayıt” iyulun 17-də Superliqa təmsilçisi “Osmanlıspor”la qarşılaşacaq. Komanda növbəti yoxlama oyununu üç gün sonra Səudiyyə Ərəbistanın əsas liqa təmsilçisi “Al-Fateh” komandasına qarşı keçirəcək. İyulun 23-də üçüncü yoxlama görüşündə “Sumqayıt” Türkiyə təmsilçisi “Sivasspor”la üz-üzə gələcək. Komandamız son yoxlama oyununu iyulun 28-də Səudiyyə Ərəbistanı təmsilçisi “Al-Taavoun”a qarşı keçirəcək.


Xəbər 565 dəfə oxundu.