Marianna Vasilyeva: «Bir aya nəticələrini iki bal artırıblar»
Azərbaycanın bədii gimnastika üzrə yığma komandasının baş məşqçisi Marina Vasilyeva yeniyetmə gimnastlarımızın Kiyevdə beynəlxalq turnirdə çıxışları ilə bağlı fikirlərini açıqlayıb. İdman.com.az saytının məlumatına görə, məşqçi bunları deyib:

- Yeniyetmələrin çıxışından razıyam – onlar bir aya nəticələrini iki bal artırıblar. Bir çox mütəxəssislər onların çıxışını müsbət qiymətləndirdi ki, bu da bizi ruhlandırır. Təəssüf ki, Lalə Yusifovanın dünya kubokunda çıxışı hamar olmadı. Onun bu səviyyədə turnirdə ilk çıxışının olması da öz rolunu oynadı. Lentlə ustalıqla davransa da, gürzlər və topla səhvlər final şanslarını heçə endirib.

Xəbər 1511 dəfə oxundu.