Gimnastlarımız tamblinq üzrə açıq Rusiya çempionatında müvəffəqiyyət qazanıblar
Akrobatik cığırda tullanmalar üzrə Azərbaycan yığması tamblinq üzrə açıq Rusiya turnirində iştirak edib.

Turnir Krasnodar və Stavropolda keçirilib.

Gimnastlarımız turnirdə müvəffəqiyyət qazanıblar. Məsələn, yaşlı gimnastlar arasında yarışan Mixail Malkin bütün rəqiblərinə qalib gələrək birinci yeri tutub. Fərid Mustafayev 2001-2002-ci illər təvəllüdlü gimnastlar arasında bürünc medala sahib olub. Daha bir təmsilçimiz Tofiq Əliyev 2003-2004-cü illər təvəllüdlü gimnastların yarışında fərqlənərək, qızıl və gümüş medallar qazanıb. 2005-2006-cı illər təvəllüdlü gimnastların yarışlarında iştirak edən Adil Hacızadə də onun uğurunu təkrar edərək, qızıl və gümüş medallara sahib olub.

Turnirə qatılan gimnastlarımız arasında zərif cinsin yeganə nümayəndəsi olan Zeynəb Qasımlı da komanda yoldaşlarından geri qalmayıb. O, 11-12 yaşı gimnastların yarışlarında gümüş medal qazanıb.

Xəbər 925 dəfə oxundu.