“Səbail” futbol klubu Oman yığması ilə heç-heçə oynayıb
Bakının “Səbail” futbol klubu Türkiyə toplanışı çərçivəsində ilk yoldaşlıq oyununu keçirib.

Omanın U-23 yığması ilə qarşılaşan komandamız meydandan 0:0 hesablı heç-heçə ilə ayrılıb.

Qeyd edək ki, “Səbail” növbəti yoldaşlıq oyununu iyulun 15-i Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna qarşı keçirəcək.

Xəbər 565 dəfə oxundu.