Bakının “İnter” komandası UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində qələbə qazanıb
İyulun 12-də UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinə start verilib.

Ilk oyunda Bakının “İnter” futbol komandası “Dalğa Arena”da Lüksemburqun “Fola” klubunu qəbul edib.

AZƏRTAC xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən oyunda bakılılar minimal hesabla qələbə qazanıblar. Oyunun taleyini həll edən qol matçın sonunda vurulub. “İnter”in heyətində Mirhüseyn Seyidov 89-cu dəqiqədə adını tabloya yazdırıb.

Beləliklə, oyun “İnter”in 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Xəbər 543 dəfə oxundu.