Azərbaycan idmançıları beynəlxalq ekstremal idman növləri festivalında uğurla çıxış ediblər
Türkiyənin Ərzincan bölgəsində 38-ci Kəmaliyyə beynəlxalq ekstremal idman növləri festivalı keçirilib.

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının dörd idmançıdan ibarət komandası Türkiyə Dağçılıq Federasiyasının dəvəti ilə festivalda iştirak edib. Tədbir çərçivəsində keçirilən təbii qayalara dırmanma üzrə yarışda komandamızın üzvləri 2 qızıl və 1 gümüş medal qazanıblar.

Çətinlik növündə mübarizə aparan təmsilçilərimizdən Leyla Əhmədova və Rinat Rəhimxanov birinci, Fərid Şahbazov isə ikinci pillədə qərarlaşıblar.

Xəbər 1030 dəfə oxundu.