Tamblinqçilərimiz açıq Rusiya turnirində uğurla çıxış ediblər
Tamblinq üzrə Azərbaycan yığma komandasının üzvləri Krasnodar və Stavropolda keçirilmiş açıq Rusiya turnirində iştirak ediblər.

Yarışlardan əvvəl Stavropolda təlim-məşq toplanışı keçən gimnastlarımız əldə etdikləri yeni təcrübədən də bəhrələnərək, qatıldıqları turnirdə uğur qazanmağa müvəffəq olublar. Belə ki, böyüklər arasında yarışan gimnastlarımızdan Mixail Malkin bütün rəqiblərini üstələyərək qızıl medala sahiblənib. Fərid Mustafayev isə bürünc medal əldə edib. Digər tamblinqçimiz Tofiq Əliyev isə öz yaş qrupunda (2003-2004-cü il) fərqlənərək, 1 qızıl və 1 gümüş medal qazanıb. 2005-2006-cı il təvəllüdlü gimnastlar arasında mübarizə aparan təmsilçimiz Adil Hacızadə də yarışları 1 qızıl və 1gümüş medalla bitirib.

Turnirdə çıxış edən gimnastlarımız arasında yeganə xanım təmsilçimiz Zeynəb Qasımlı da öz komanda yoldaşlarından geri qalmayıb. O, 11-12 yaş qrupunda yer almış gimnastlarla mübarizə aparaq turnirin gümüş medalına sahiblənib.

Xəbər 480 dəfə oxundu.