Bakının “İnter” klubu Avropa Liqasının ikinci təsnifat mərhələsində ilk görüşünə çıxacaq
Bu gün Bakının “İnter” futbol klubu Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində ilk görüşünə çıxacaq.

Təmsilçimiz "Dalğa Arena"da Lüksemburqun “Fola” komandasını qəbul edəcək.

“İnter” əvvəlki mərhələdə Serbiya “Mladost”unu səfərdə 3:0, evdə 2:0 hesablı qələbə ilə üstələyib. “Fola” isə Moldova “Milsami”sini iki oyunun yekununda mübarizədən kənarlaşdırıb - 2:1, 1:1.

Xəbər 544 dəfə oxundu.