“Şahdağ” yeni mövsümün hazırlıqlarına başlayıb
Futbol üzrə Azərbaycanın I divizionunda mübarizə aparacaq Qusarın “Şahdağ” klubu yeni mövsümün hazırlıqlarına başlayıb.

Klubun vitse-prezidenti Rüstəm Əzimov bildirib ki, heyətinin əsasını gənc yerli futbolçular təşkil edən kollektiv gələn həftədən Şövkət Orduxanov adına Qusar şəhər stadionunda məşqlərə start verəcək. Komanda qarşıdakı mövsümə baş məşqçi Kamran Əlibabayevin rəhbərliyi altında hazırlaşacaq.

Klub rəsmisi qeyd edib ki, komanda həmişə olduğu kimi çempionatda yüksək yerlərə iddialıdır. İlk məşqlərdən sonra yoldaşlıq oyunları üçün rəqiblər müəyyənləşəcək.

Yeni mövsümdə “Şahdağ” klubu oyun formasını da yeniləyəcək.

Xatırladaq ki, “Şahdağ” ötən mövsümü 9-cu pillədə başa vurub.

AZƏRTAC

Xəbər 538 dəfə oxundu.