Qadın cüdoçularımız Avropa Kuboku turnirində iştirak edəcəklər
Azərbaycanın qadınlardan ibarət cüdo komandası Minskdə Avropa Kuboku turnirində iştirak edəcək.

Belarusun paytaxtına Bazarrça Erdenebat (48 kq), Səkinə Zairova (57 kq), Gülsədəf Kərimova, Nuriyyə Axundova, Kristina Jukavets (hamısı 63 kq) və İrina Kindzerska (78 kq-dan yuxarı) yollanacaqlar.

Avropa Kuboku yarışları iyulun 22-də start götürəcək və iki gün davam edəcək.

Xəbər 572 dəfə oxundu.