Basketbolçularımız Avropa çempionatında güclərini sınayacaqlar
Bu il ölkəmizin basketbol tarixində ilk dəfə milli komandalarımız 3 yaş qrupunda Avropa çempionatına qatılacaqlar.

İyulun 14-dən 23-dək Rumıniyanın Oradea şəhərində keçiriləcək Avropa çempionatında (divizion B) kişilərdən ibarət U-20 millimiz gücünü sınayacaq. Baş məşqçi Tahir Baxşıyevin yetirmələri Slovakiya, Böyük Britaniya, Rusiya, Niderland komandaları ilə birlikdə “B” qrupunda mübarizə aparacaq. Millimiz ilk görüşünü iyulun 14-də Rusiya yığmasına qarşı keçirəcək.

Daha sonra iyulun 23-30-da Elşən Yusubovun başçılığı altında U-16 yığma komandamız Andorrada keçiriləcək qitə birinciliyinə (divizion C) qatılacaq.

İyulun 28-dən avqustun 6-dək Tallində (Estoniya) U-18 yaş qrupunda Avropa çempionatını (divizion B) keçiriləcək. Milli komandamız yarışda birincilik uğrunda mübarizə aparacaq.

Xəbər 1287 dəfə oxundu.