“Sumqayıt” komandası Türkiyədə dörd yoxlama oyununda gücünü sınayacaq
“Sumqayıt” futbol klubu Azərbaycan Premyer Liqasının 2017/2018-ci il mövsümü üçün hazırlıq prosesinin ikinci mərhələsini ölkə xaricində keçirəcək.

Komanda baş məşqçi Samir Abasovun rəhbərliyi altında iyulun 15-dən 29-dək Türkiyənin Bolu bölgəsində hazırlaşacaq. “Sumqayıt” Türkiyədə 4 yoxlama matçı keçirməyi planlaşdırır. Rəqiblər hələ müəyyənləşməyib.

Komanda Bolunun “VON Resort Hotel”ində məskunlaşacaq.

Xəbər 567 dəfə oxundu.