Azərbaycan idmançıları Gürcüstanda idman dırmanması üzrə yarışlarda uğur qazanıblar
Azərbaycan idmançıları Gürcüstanda idman dırmanması üzrə beynəlxalq turnirdə üç gümüş medala layiq görülüblər.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 56 nömrəli tam orta məktəbin XI sinif şagirdi Fuad Abdullayev 2000-2001-ci il təvəllüdlü idmançılar arasında idman dırmanması (çətinlik növü) üzrə yarışda ikinci yerə sahib olub.

Bakı İdarəetmə və Texnologiya Kollecinin IV kurs tələbəsi Gəray Əliyev isə 1998-1999-cu il təvəllüdlü idmançılar arasında idman dırmanması (sürət və çətinlik növü) üzrə yarışlarda ikinci yeri tutub.

Qaliblərə medal, diplom və mükafat təqdim edilib.

Xəbər 1364 dəfə oxundu.