Nazim Umbayev beynəlxalq dərəcəli hakim adını qazanıb
Polşanın Qdansk şəhərində gənclərin Avropa Kuboku yarışı zamanı Beynəlxalq Cüdo Federasiyasının beynəlxalq dərəcəli hakimlik üçün imtahanı keçirilib.

İmtahanda Azərbaycan Cüdo Federasiyasının respublika dərəcəli hakimi Nazim Umbayev də iştirak edib. Sınaqdan uğurla keçən N.Umbayev beynəlxalq dərəcəli hakim adını qazanıb.

Bununla da, hazırda fəaliyyət göstərən beynəlxalq dərəcəli hakimlərimizin sayı 6-ya çatıb.

Qeyd edək ki, beynəlxalq dərəcəli hakimlərdən üçü – Mətin Rəhimli, Arzu Acalova və Nazim Umbayev federasiyamızın son 2 ildəki səmərəli fəaliyyəti nəticəsində bu dərəcəyə sahib olub.

Xəbər 663 dəfə oxundu.