"IV İslam Həmrəyliyi Oyunları Azərbaycan fotoqraflarının gözü ilə" adlı fotosərgi keçiriləcək
İyulun 11-də Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, "Azəridmanservis" MMC, “AZƏRTAC” İnformasiya Agentliyi və GİN-nin mətbu orqanı "İdman" qəzetinin informasiya dəstəyi ilə Muzey Mərkəzində (Keçmiş Xalça muzeyi) "IV İslam Həmrəyliyi Oyunları Azərbaycan fotoqraflarının gözü ilə" adlı fotosərgi keçiriləcək.

21 idman növü üzrə 54 ölkənin qatıldığı Beynəlxalq yarışda 6000 idmançı öz gücünü sınayıb, qızıl, gümüş və bürünc medallar uğrunda mübarizə aparıb. Şərqlə qərbi birləşdirən bu mötəbər yarış, Azərbaycanın beynəlxalq arenada imicini daha da möhkəmləndirib.

Təbii ki, Azərbaycan fotoqrafları da öz növbəsində obyektivin gözü ilə bu tədbirin dinamikasını, möhtəşəmliyini sənət əsərinə çeviriblər.

Saat 17:00-da baş tutan və iki gün davam edən sərgidə 52 müəllifin 200-ə yaxın əsəri nümayiş olunacaq. Giriş sərbəstdir.

Xəbər 2094 dəfə oxundu.