“Bakı” “Xəzər Lənkəran”a da tərs üzünü göstərdi
Bu gün Unibank Premyer Liqasında XXIV tura yekun vurulub. İdman.com.az saytının məlumatına görə, hesabat turunda son görüş cənub bölgəsində baş tutub. “Xəzər Lənkəran” doğma divarlar arasında “Bakı” klubunu qəbul edib. Son zamanlar “ağ-göylər”in qeyri-sabit çıxışı bəzi çempionluğa iddialı klubların ona yuxarıdan aşağı baxmasına səbəb olmuşdu.

Əvəzində, “zolaqlılar” məşqçi dəyişikliyi, heyətdəki itkilərə rəğmən, yavaş-yavaş imicini qaytarmaqdadır. Ölkə kubokunun 1/4 finalının ilk görüşündə AzAL-ı məyus etmiş “Bakı”, bu gün səfərdə “ağ-yaşıllar”ı cəzalandırdıb. Beləliklə, Yunis Hüseynovun “Xəzər Lənkəran”da debütü uğurlu alınmayıb. Paytaxtlılar toparlanma istiqamətində vacib matçda onu məyus ediblər.

19 mart

“Xəzər Lənkəran” – “Bakı” - 0:1
Qol: Deividas Çesnauskis, 39
Hakimlər: Anar Salmanov, Rahil Ramazanov, Zeynal Zeynalov, Fuad Həsənov
Lənkəran. Şəhər mərkəzi stadionu
Təsnifat mərhələsindəki oyunlar – 2:2, 3:0

Xəbər 1182 dəfə oxundu.