"İnter" komandası "Mladost"un qapısından iki cavabsız top keçirib
"İnter" komandası "Mladost"u 2:0 hesabı ilə məğlub edib. Komandalar arasında bir həftə əvvəl Serbiyada keçirilən oyunda da Bakı təmsilçisi qalib gəlib - 3:0. İki oyunun nəticəsinə görə, "İnter" UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinə yüksəlib

"İnter" komandası "Mladost" ilə oyunda hesab arasındakı fərqi artırıb. Matçın 74-cü dəqiqəsində Nizami Hacıyevin qolu ilə qarşılaşmada hesab 2:0 olub.

"İnter"-"Mladost" oyununun ilk hissəsi başa çatıb. "İnter" görüşün 23-cü dəqiqəsində Denis Silvanın qolu ilə fasiləyə üstün yollanıb -1:0.

"İnter" komandası "Mladost" ilə oyunda hesabı açıb. Görüşün 23-cü dəqiqəsində Bakı təmsilçisinin heyətində Denis Silva fərqlənib.

Bakının "İnter" futbol klubu UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində ikinci oyununa çıxıb.

Bakı təmsilçisi "Dalğa Arena"da Serbiyanın "Mladost" komandasını qəbul edir.

Ukraynalı baş hakim Mykola Balakinin idarə etdiyi oyunda "İnter"in start heyətində Səlahət Ağayev, Denis Silva, Slavik Alxasov, Nizami Hacıyev, Pərdis Fərcad Azad, Elnur Abdullayev, Rauf Əliyev, İlkin Qırtımov, Fuad Bayramov, Adrian Skarlatake və Tərlan Quliyev yer alıblar.

"Mladost"un ilk on birliyində isə meydana Nemanya Krznariç, İvan Miloçeviç, Saşa Yovanoviç, Nenad Qavriç, Miloş Trifunoviç, Aleksandr Peyoviç, Vladimir Radivoyeviç, Nikola Andriç, Boqdan Miloşeviç və Miloş Satara çıxıblar.

Komandalar arasında Serbiyada ilk oyun 3:0 hesabı ilə Bakı təmsilçisinin xeyrinə başa çatıb.

Xəbər 558 dəfə oxundu.