Prezident İlham Əliyev Bakı-2020-yə dəstək verdi

Martın 19-da Bakıda Azərbaycan xalqının milli bayramı Novruz münasibətilə ümumxalq şənliyi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Novruz şənliklərində iştirak ediblər.

AzərTAc-ın yaydığı xəbərə görə, Dənizkənarı Milli Parkda təşkil olunan bayram tədbiri zamanı Prezident İlham Əliyevə Azərbaycanda keçiriləcək 17 yaşadək qadın futbolçular arasında dünya çempionatına oyunların ilk bileti təqdim edilib.

Dövlətimizin başçısına çempionatın oyunlarına bilet satışı barədə də məlumat verilib. Bildirilib ki, bu il sentyabrın 22-də Tofiq Bəhramov adına Respublika Stadionunda start götürəcək bu mötəbər yarışa biletlər aprelin 16-dan onlayn satışa çıxarılacaq.

Azərbaycan Prezidenti və xanımı 2020-ci il Yay Olimpiya Oyunlarının Bakıda keçirilməsi ilə bağlı aparılan dəstək kampaniyası çərçivəsində Beynəlxalq Olimpiya Komitəsinə müraciət formasını imzalayıblar.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva tədbirdə pəhləvanlar və güləşçilərlə xatirə şəkli çəkdiriblər.

Xəbər 1323 dəfə oxundu.