UEFA Avropa Liqası: Bakının “İnter” klubu Serbiyanın “Mladost” komandasını qəbul edəcək
Bu gün Bakının “İnter” futbol klubu UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində ikinci oyununa çıxacaq.

“Dalğa Arena”da Serbiyanın “Mladost” komandasını qəbul edəcək “İnter”in oyununu ukraynalı hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Mykola Balakin idarə edəcək. Ona həmyerliləri Volodimir Volodin və Oleksandr Korniyko kömək edəcəklər. Dördüncü hakim funksiyasını Anatoli Jabçenko yerinə yetirəcək.

Görüşün UEFA nümayəndəsi Sergiu Lisnic (Moldova), hakim-inspektoru isə polşalı Robert Malek olacaq.

Komandalar arasında ilk oyun 3:0 hesabı ilə Bakı təmsilçisinin xeyrinə başa çatıb.

Xəbər 639 dəfə oxundu.