Azərbaycan idmançısı peşəkarlar arasında dünya çempionu olub
Antalyada əlbəyaxa döyüş növləri üzrə növbəti dünya çempionatı keçirilib.

Dünya və Avropa çempionu Vüqar Əzimov Azərbaycan yığma komandasının heyətində bu çempionatda da uğurla çıxış edib.

Otuz beş ölkənin idmançılarının qatıldığı mundialda 90 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən Azərbaycan idmançısı Vüqar Əzimov peşəkarlar arasında K-1 versiyası üzrə qızıl medal qazanıb. Təmsilçimiz İran və Marokko rəqibləri üzərində inamlı qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bu qələbə sayəsində Vüqar Əzimov dünya çempionu titulunu qoruya bilib. Bu il onu daha iki sınaq gözləyir. O, sentyabrda Gürcüstanda Zaqafqaziya çempionatında və oktyabrda İspaniyada keçiriləcək dünya birinciliyində mübarizə aparacaq.


Xəbər 494 dəfə oxundu.