Özbəkistanı da üstələdik
Qırğızıstanın Bişkek şəhərində kişi basketbolçular arasında Novruz-2012 beynəlxalq turnirində bu gün 3-cü turun oyunları keçirilib. İdman.com.az saytının məlumatına görə, yarışın ikiqat qalibi olan Azərbaycan milli komandası özbəkistanlı həmkarları ilə görüşüb. İlk 2 görüşündə ABŞ-ın AİA və Qazaxıstanın MOİK klubunu məğlub edən basketbolçularımız, yenə seviniblər. Onlar hələ də 2 xala həsrət qalan özbəkləri 81:67 hesabı ilə məğlub ediblər.

Xəbər 1066 dəfə oxundu.