Kikboksinq üzrə muxtar respublika birinciliyinin qalibləri müəyyənləşib
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçirilən “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında yeniyetmə və gənclər arasında kikboksinq üzrə muxtar respublika birinciliyinin qalibləri müəyyənləşib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Şərq Döyüşü Sənəti Federasiyasının birgə təşkil etdiyi birincilikdə 60-dan çox idmançı 10 çəki dərəcəsində mübarizə aparıb. Yarışın yekun nəticəsinə əsasən Akif İsmayılov, Uğur Əliyev, Məhəmməd İsmayılzadə, Heydərəli Əliyev, İsmayıl Yaqubov, Elgün Baxışov, Anar Tarverdiyev, Sinan Rzazadə, Fərman Rzayev və Əli Qəmbərov müvafiq olaraq 27, 30, 33, 36, 39, 42, 45, 48, 57 və 71 kiloqram çəki dərəcələrində qalib adını qazanıblar.

Qeyd edək ki, birinciliyin keçirilməsində məqsəd bu idman növünü inkişaf etdirmək, eyni zamanda, yeniyetmə və gənclərdən ibarət Naxçıvan komandasının heyətini formalaşdırmaq olub.

Xəbər 729 dəfə oxundu.