Tur-de Frans velo yürüşündə üçüncü mərhələyə yekun vurulub
Tur-de Frans velo yürüşündə üçüncü mərhələyə yekun vurulub.

Yürüşə Belçikanın Verbiya şəhərində start verilib. Velosipedçilər 212,5 kilometr məsafəni qət edərək Fransanın Mondorf-le-Ben şəhərində finiş xəttini keçiblər.

Qeyd edək ki, marşrut zamanı velosipedçilər Lüksemburq ərazisindən də yürüş ediblər.

Gərgin və maraqlı idman mübarizəsində keçən yarışın qalibi slovakiyalı Petor Sayman olub. O, 212,5 kilometr məsafəni 5 saat 7 dəqiqə 19 saniyəyə qət edib. Avstraliyalı Maykl Metyus finişə ikinci çatıb. İlk üçlüyü isə irlandiyalı Devil Martin tamamlayıb.

Xəbər 1502 dəfə oxundu.