Azərbaycan cüdoçuları İspaniyada
Cüdo üzrə Azərbaycan milli komandasının əsas üzvləri hazırda İspaniyada Avropa Cüdo Federasiyasının təşkil etdiyi təlim-məşq toplanışındadır.

Kastelldefels şəhərində idmançılarımız baş məşqçi Fərhad Məmmədovun rəhbərliyi altında gündə 2 dəfə məşq edirlər. Cüdoçularımız İspaniya toplanışını başa vurduqdan sonra iyulun 7-də Vətənə qayıdacaqlar.

Təlim-məşq toplanışında Orxan Səfərov, Nicat Şıxəlizadə, Rüstəm Orucov, Hidayət Heydərov, Tural Səfquliyev, Elxan Məmmədov, Zelim Kotsoyev və Uşanqi Kokauri iştirak edirlər.

Qeyd edək ki, hazırlığını Bakıda davam etdirəcək cüdoçularımız iyulun 22-də Belarusun paytaxtı Minskdə keçiriləcək açıq Avropa çempionatına qatılacaqlar.

Xəbər 669 dəfə oxundu.