Məşhur futbolçunun oğlu PSJ ilə müqavilə imzalayıb
Məşhur futbolçu, 1995-ci ildə “Qızıl top”u qazanmış Corc Veanın oğlu Timati karyerasında ilk peşəkar müqaviləsini imzalayıb.

17 yaşlı forvard 2014-cü ildən PSJ-nın aşağı yaş qrupundan ibarət komandasında çıxış edir.

İlk peşəkar müqaviləsinə qol çəkən Timati Vea 2020-ci ilin yayınadək Paris klubunun şərəfini qoruyacaq.

Qeyd edək ki, liberiyalı futbolçu son mövsüm UEFA Gənclər Liqasında meydana çıxdığı 4 oyunda 3 qol vurub.


Xəbər 562 dəfə oxundu.