“Monako” klubu heyətinə yeni futbolçu cəlb edib
“Monako” klubu heyətinə yeni futbolçu cəlb edib.

Fransa təmsilçisi “Feyenoord”un müdafiəçisi Terenke Konqolo ilə 5 illik müqavilə imzalayıb. Bu transfer üçün “Monako” Hollandiya klubuna 13 milyon avro təzminat ödəyib.

Qeyd edək ki, T.Konqolo ötən mövsüm 23 matçda 1 qol vurub və 2 məhsuldar ötürmə edib.

Xəbər 551 dəfə oxundu.