Samboçularımız Qazaxıstanda güclərini sınayacaqlar
yulun 5-9-da Qazaxıstanın paytaxtı Astanada ölkə prezidenti Nursultan Nazarbayevin mükafatı uğrunda sambo üzrə beynəlxalq turnir keçiriləcək.

Azərbaycan Sambo Federasiyasından bildiriblər ki, yarışda millimizin heyətində Yusif Kərimov (52 kq), Rəşad Dünyamalıyev (57 kq), Emin Qulamov (68 kq), Samir Kərimov (74 kq) və Ceyhun Hüseynov (82 kq) birincilik uğrunda mübarizə aparacaqlar.

Yığmamız baş məşqçi Yaqub Abdullayevin rəhbərliyi altında yarışacaq.

Turnirdə ölkəmizi beynəlxalq dərəcəli hakim Cabir İsmayılov təmsil edəcək.

Xəbər 1483 dəfə oxundu.