Azərbaycan qrossmeysterləri Korsikada keçirilən turnirə qələbə ilə başlayıblar
Korsika adasında Fransanın Portiçço şəhərində beynəlxalq şahmat turniri keçirilir.

Turnirdə 144 şahmatçı, o cümlədən 18 qrossmeyster iştirak edir. Azərbaycanı qrossmeysterlər Qədir Hüseynov və Eltac Səfərli təmsil edir. Birinci turdan sonra təmsilçilərimizin hər birinin aktivində bir xal var.

İsveçrə sistemi üzrə keçirilən yarış 9 turdan ibarətdir.

Xəbər 712 dəfə oxundu.