“Sumqayıt” heyətini daha bir futbolçu ilə gücləndirib
2017/2018-ci il mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” klubu heyətini daha bir futbolçu ilə gücləndirib.

Komanda son mövsümü “Qəbələ”də keçirmiş Ramil Həsənovu 1 illik icarəyə götürüb.

İyirmi bir yaşlı hücumçu “Sumqayıt”da 90 nömrəli forma ilə çıxış edəcək.

Xəbər 572 dəfə oxundu.