Azərbaycan karateçisi Qazaxıstanda dünya çempionu olub
Qazaxıstanın paytaxtı Astanada karatenin kyokşin növü üzrə sayca altıncı dünya çempionatı keçirilib.

Ölkəmiz mundialda dörd idmançı ilə təmsil olunub.

Turnirdə 75 kiloqram çəki dərəcəsində mübarizə aparan Səlahət Həsənov dörd rəqibini məğlub edərək finala yüksəlib. Qızıl medal uğrunda görüşdə karateçimiz rusiyalı Maksim Smolyakova qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Xəbər 905 dəfə oxundu.