Heydər Əliyev Mərkəzinin parkında Zabit Səmədovla master klass
Heydər Əliyev Mərkəzinin parkında növbəti həftəsonu tədbiri keçirilib.

Bu dəfə təşkil olunan kikboksinq üzrə dərsi 5 dəfə dünya çempionu, 3 dəfə Avropa çempionu Zabit Səmədov keçib.

Məşğələdə 5-16 yaş arasında olan şəxslər iştirak ediblər.

İki saata yaxın davam edən dərsdə Zabit Səmədov iştirakçılara fərdi tövsiyələr verib.

Xəbər 1070 dəfə oxundu.