Gəncədə qızlar arasında velosiped yarışı keçiriləcək
İyulun 7-də Gəncəçay Park Bulvar Kompleksinin təşkilatçılığı ilə qızlar arasında velosiped yarışı keçiriləcək.

Kompleksin rəisi Rüstəm Bağırov bildirib ki, məqsəd Gəncə şəhərində idmanın bu növünü inkişaf etdirmək, eləcə də gənc qızlar arasında sağlam həyat tərzini təbliğ etməkdir.

Məlumat verilib ki, qeydiyyat başa çatdıqdan sonra iştirakçılarla görüş keçiriləcək, yarışın qaydaları izah olunacaq. Yarışdan əvvəl yeniyetmə və gənclərin əl işlərindən ibarət sərgi açılacaq. Yarışda finiş xəttinə daha tez çatan ilk üç velosipedçi Gəncəçay Park Bulvar Kompleksi tərəfindən mükafatlandırılacaq.

Velosiped yarışı konsert proqramı ilə yekunlaşacaq.

Xəbər 683 dəfə oxundu.