Mark Satton: Formula-1 Azərbaycan Qran-Prisinin mənzərəsi lap valehedici idi
“Sutton Images” agentliyinin məşhur fotoqrafı Mark Satton Bakıda hər Formula-1 yarışından sonra burada çəkdiyi ən parlaq şəkillərin tarixçəsindən danışır.

Adlı-sanlı fotoqraf deyib: “Formula-1 Azərbaycan Qran-Prisinin mənzərəsi lap valehedici idi: Bakı bulvarı, tarixi binaların qədim qala divarı ilə vəhdəti kadrlar üçün heyrətamiz fon yaradırdı.

Amma bir neçə il ərzində ən parlaq yürüşlərin birindən çəkdiyim ən yaxşı kadrımda maşınlar deyil, Daniel Rikkardo əks olunub. O, bütün duruşu ilə sanki açıq şəkildə komandasından soruşur: “Burada nələr baş verib? Mən bu sərsəm yürüşü necə udmuşam?”

Daniel maşını çox aqressiv idarə edirdi: bunu dəqiq deyə bilərəm, çünki onun pilotajına yaxından baxmaq imkanım vardı. O, birinci döngədə bir neçə effektli ötmə də həyata keçirdi.

Başa düşürəm, kiməsə elə gəlir ki, rəqiblərin səhvlərinə görə qələbə asanlıqla başa gəldi. Amma Bakıda həmin gün həqiqətən dəlisov bir gün idi. Uzun illər ərzində belə bir yürüşün olduğunu xatırlaya bilmirəm. Yarışı tribunalardan izləyən azarkeşlər də, televiziya tamaşaçıları da bol həyəcanlı anlar yaşadılar.

Nəticədə Daniel “Red Bull”a qələbə qazandırdı. Bu, onun karyerasında artıq beşinci qələbədir. Əlbəttə, Fəxri kürsüdə ənənəvi “shoey”siz ötüşmədi. Bu prosedur artıq pilotun vizit kartına çevrilib”.

AZƏRTAC

Xəbər 954 dəfə oxundu.