Azərbaycanda Türk Şurasına üzv dövlətlərin idmançıları arasında kikboksinq turnirinə start verilib
İyulun 1-də Azərbaycanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərin peşəkar idmançıları arasında beynəlxalq kikboksinq turnirinə start verilib.

Yarışlarda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstandan olan idmançılar iştirak edirlər.

İdmançılar 7 çəki dərəcəsi üzrə K-1 versiyası üzrə döyüşürlər.

Xəbər 562 dəfə oxundu.