Su polosu üzrə açıq Bakı turnirinə yekun vurulub
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Su İdman Sarayında su polosu üzrə 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş açıq paytaxt turniri keçirilib.

BŞGİBİ-dən bildiriblər ki, turnirdə yerli komandalarla yanaşı, Təbriz kollektivi də iştirak edib.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda “Akvatik-I” komandası fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Təbriz komandası gümüş, Su İdman Sarayının yetirmələri isə bürünc medala sahib olublar.

Mükafatçılara diplom və xatirə hədiyyələri təqdim olunub.

Xəbər 899 dəfə oxundu.