“Qəbələ” futbol klubu Avstriyanın “Qrodiq” komandası ilə qarşılaşacaq
2017/2018-ci il mövsümünə Avstriyada hazırlaşan “Qəbələ” futbol klubu məşqlərini davam etdirir.

Hazırlıq prosesinin ikinci mərhələsini Zalsburq bölgəsində gerçəkləşdirən “qırmızı-qaralar” gündə iki məşq keçirlər.

Komandamız bu gün növbəti yoxlama oyununda qüvvəsini sınayacaq. İkinci toplanışda ilk matçına çıxacaq “Qəbələ” mövsümlərarası dövrdə ümumilikdə 6-cı görüşünü keçirəcək. Roman Qriqorçukun yetirmələrinin Albaniyanın "Kukesi" klubu ilə qarşılaşması planlaşdırılsa da, rəqib dəyişib. Belə ki, “Qəbələ” Avstriyanın “Qrodiq” komandası ilə görüşəcək. 1948-ci ildə yaradılan komanda Avstriya ikinci liqasında çıxış edir.

Xəbər 643 dəfə oxundu.