Gənclər arasında güləş üzrə Avropa çempionatı davam edir
Almaniyanın Dortmund şəhərində gənclər arasında güləş üzrə Avropa çempionatı davam edir.

Dördüncü yarış günündə 48, 55, 63 və 72 kiloqram çəki dərəcəsində gənc qızlar mübarizə aparırlar. Güləşçilərimiz 2 çəkidə iştirak edirlər.

Səkkizdəbir final mərhələsində 48 kiloqram çəki dərəcəsində mübarizə aparan Türkan Nəsirova rusiyalı Aleksandra Skirenko, Leyla Qurbanova (55 kq) isə Bolqarıstan təmsilçisi Sezen Belberova ilə üz-üzə gələcək.

Xəbər 1122 dəfə oxundu.