Türk millisində oynamaq istəyən braziliyalı
«Mersin İdmanyurdu»nun oyunçusu braziliyalı Andre Fransisko Morits, özünü türk kimi hiss etdiyini, buna görə ay-ulduzlu formanı geymək istədiyini bildirib. İdman.com.az saytının məlumatına görə, o, klubun jurnalına verdiyi müsahibədə 5 yaşından futbolla yaxından maraqlandığını, 10 ildir də ailəsindən uzaqda futbol həyatını davam etdirdiyini söyləyib.

Son 5 ildir Türkiyədə forma geyinən Morits, «Superliqaya uzun illərdən sonra yenidən yüksələn bir komandada forma geyinmək üçün Mersinə gəldim. «Mersin İdmanyurdu» həqiqətən gözəl bir klubdu. Çox ciddi problemlər yaşamadım. Amma şəhər, yoldaşlıq əlaqələri və azarkeşlər çox yaxşıdı. Buna görə Mersinə alışmaqda böyük bir problemim olmadı».

Türkiyədəki böyük komandalarda hələ forma geymədiyini deyən Morits «İşimi layiqincə etsəm, bundan sonra böyük komandada oynaya biləcəyəmi düşünürəm. Bir hədəfim isə türk millisində oynamaqdır. 5 ildir Türkiyədəyəm, özümü o qədər türk kimi hiss edirəm ki, təyin etdiyim ən böyük hədəf türk millisində çıxış etməkdir. Əgər belə bir təklif gələrsə, çox məmnun olardım» - söyləyib.

Dini baxışlarla əlaqədar da Moris «Xristian bir ailəyə mənsub olduğunu, özünün də bu dinə görə həyatanı qurduğunu bildirib: «Mən, kilsənin söylədiyi hər şeyi tam olaraq qəbul edən biri deyiləm. İncili oxudum. Amma kilsə mənim oxuduğum İncildən daha fərqli şeylər söyləyir. Mən normalda çox inanclı biriyəm. Tanrı və İsa inancı məndə çox yüksəkdir. Türkiyəyə gəldiyimdə hər kəs müsəlman olduğu üçün, Quran-ı Kərimlə maraqlandım. Quran-ı oxuyub müsəlmanlığı öyrənmək istəyirəm».

Xəbər 927 dəfə oxundu.