Gənclər arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib
Bu gün “Sərhədçi” İdman Olimpiya Mərkəzində 23 yaşadək gənclər arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib.

Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə keçirilən ölkə birinciliyində 46 klubdan 333 cüdoçu (288 oğlan, 45 qız) qüvvəsini sınayır.

İki gün davam edəcək yarışın ilk günündə 181 cüdoçu tatami üzərinə çıxır.

Bu gün qızlarda 48, 52, 57, 63, 70, 78 kiloqram və 78 kiloqramda yuxarı çəki dərəcələrində, oğlanlarda isə 60 və 66 kiloqram çəkidə iştirakçılar medallar uğrunda mübarizə aparırlar.

Xəbər 1163 dəfə oxundu.